Əlaqə Arxiv
news Image
2017.04.11
16:20
| A A A
Atasını öldürən oğula 12 İL HƏBS

Atasını qətldə təqsirləndirilən 1993-cü il təvəllüdlü Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə başa çatıb.
 
Movqe.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmü ilə S.Heydərov 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Quba rayonunda, 24 yaşlı Sərxan Heydərovun atası, 48 yaşlı Siyavuş Heydərova məxsus kafedə baş verib. Ata və oğul arasında yaranan mübahisə nəticəsində cinayət törədilib.
Belə ki, Sərxan Heydərov atasının boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. O, hadisədən sonra ərazidən qaçıb.
 
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Heydərov tutularaq istintaqa təhvil verilib.
 
 
S. Heydərov həmin vaxtı sərxoş olub.

Sizin Reklam Yeriniz