Əlaqə Arxiv
news Image
2017.04.17
11:15
| A A A
3 saylı istintaq təcridxanasına narkotik keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a  verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs - Ağaverdiyev Maksud Eldar oğlu ilə qısa müddətli görüşə gəlmiş bacısı - Bakı şəhər sakini Bayramova Lamiyə Eldar qızının üstünə və əşyalarına baxış keçirilən zaman gətirdiyi sovqatdakı əncir mürəbbəsinin içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 1.168 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Sizin Reklam Yeriniz