Bakıda 3 uşaq atası intihar edib
Bakıda intihar hadisəsi qeydə alınıb.
Xətai rayon prokurorluğundan verilən məlumata görə, hadisə Zığ yolu, ev 40, mənzil 83-də qeydə alınıb. Həmin ünvanda yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib.
Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
APA