59 yaşlı kişi intihar etdi
Mingəçevir şəhərində intihar hadisəsi baş verib. Movqe.az-ın “Report”a istinadən xəbərinə görə, 1958-ci il təvəllüdlü Rüfət Aslanov özünü yaşadığı yataqxanada asaraq intihar edib.
R.Aslanov Ağdam rayonundan məcburi köçkün düşüb. O, Mingəçevirdə yataqxanada məskunlaşıbmış.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.