Əlaqə Arxiv
news Image
2013.11.20
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Əhalinin sosial rifah halının davamıl şəkildə yüksəldilməsi Ağcabədidə xüsusi diqqət mərkəzindədir

Cari ilin ilk üç rübünün sosial-iqtisadi yekunları Ağcabədinin bundan sonra da tərəqqisində böyük nailiyyətlərin müəllifinə çevriləcəyini təsdiq edir. Məlumat üçün bildirək ki, Ağcabədi rayonunun əhalisi 01 oktyabr 2013-cü il tarixə 128932 nəfər, o cümlədən şəhər əhalisi 40802 nəfər, qəsəbə əhalisi 9010 nəfər, kənd əhalisi 79120 nəfər təşkil edib.

Ağcabədi rayonunun yerli büdcəsi 2013-cü ilin doqquz ayında yerli gəlirlər üzrə 4434629 manat və ya 105,0 faiz icra edilərək, büdcəyə 214828 manat əlavə vəsait cəlb edilib. 2013-cü ilin doqquz ayında büdcə təşkilatları üzrə nəzərdə tutulmuş vəsaitlər müəyyən olunmuş müddətlərdə maliyyələşdirilib.

Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2013-cü ilin doqquz ayında fəaliyyətdə olan işlər üzrə 9040 ailənin 18447 nəfər üzvünü əhatə edən kontingentin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə müxtəlif növ sosial müavinət, təqaüd və ünvanlı sosial yardım formasında 5127374 manat məbləğində vəsait xərclənib. 2013-cü ilin doqquz ayında 39 nəfər Çernobıl əlilinə 6864 manat məbləğində müalicə pulu verilib. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası istiqamətində Şəhid ailəsi üzvü statusu almış 242 nəfərə 174 iş üzrə 2013-cü ilin doqquz ayında 265704 manat məbləğində Prezident təqaüdü ödənilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 sentyabr 2008-ci il tarixli Fərmanına əsasən 222 nəfər müharibə əlilinə bu Fərmanla Prezident təqaüdü təyin edilib və 2013-cü ilin doqquz ayı ərzində 169259 manat vəsait ödənilib. Bununla yanaşı 2013-cü ilin doqquz ayında ərzində rayon üzrə 1 nəfər Milli Qəhrəman ailəsinə 5800 manat, " Fəxri ad " almış 8 nəfər şəxsə 5079 manat, 5 nəfər BVM iştirakçısına 2475 manat məbləğində Prezident təqaüdü təyin edilib ödənilib.

Aztəminatlı ailələrin sosial müdafiəsi sahəsində mühüm rol oynayan Ünvanlı dövlət sosial yardım sisteminin tətbiqi və bu sistemdə aparılan yeniliklər müsbət nəticəsini verməkdədir. 2013-cü ilin doqquz ayında 1895 ailəyə ünvanlı sosial yardım təyin edilmiş və rayon üzrə ÜSY alan aztəminatlı ailələrin sayı 2526 ailə 11367 nəfər təşkil edib. Ünvanlı sosial yardım təyin edimiş ailələrin tərkibində 965 ailə və ya 38,2 faiz üç və daha çox uşağı olan ailələr təşkil edib. Eyni zamanda ÜSY təyin edilmiş ailələrdən 368 ailə əlil ailələri, 89 ailə isə məcburi köçkün ailələridir. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 113,97 manat, 1 nəfərə düşən sosial yardımın orta aylıq məbləği isə 25,33 manat təşkil edib. Mərkəzin əsas sahələrindən biri də tənha ahıl və əlil vətəndaşlara sosial xidmətin göstərilməsidir. Belə ki, Mərkəzin 20 nəfər sosial xidmət işçisi tərəfindən 201 nəfər tənha ahıl və əlil vətəndaşa müxtəlif növ sosial xidmət göstərilib. Dövlət Sosial Müdafiə Fondu Ağcabədi rayon şöbəsi 17352 nəfər pensiyaçıya xidmət göstərir ki, bunlardan 9614 nəfəri yaşa görə, 6385 nəfəri əlilliyə görə, 1353 nəfəri isə Ailə başçısının itirilməsinə görə pensiya alanlardır. 2013-cü ilin doqquz ayında şöbəyə yeni pensiya təyin olunması ilə əlaqədar 519 nəfər müraciət edib ki, həmin ərizələrə vaxtında baxılaraq pensiya təyinatı aparılıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 fevral tarixli sərəncamına əsasən 1 yanvar 2013-cü il tarixə əmək pensiyalarının sığorta hissəsinin Azərbaycan Respublikasının Dövlət statistika komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri 2012-ci il səviyyəsinə uyğun olaraq 1,1 faizlə indeksləşdirilərək yenidən hesablanması təmin edilib. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bu il 1 sentyabr tarixdən yaşa görə əmək pensiyalarının baza hissəsi 100 manat müəyyən olunub. Həmin sərəncamın icrası ilə əlaqədar 16658 nəfər pensiyaçıya ümumilikdə 259030 manat artım hesablanıb.

Hər il olduğu kimi rayonda "Əmək yarmarkası" keçirilir ki, burada iş axtaran və işsiz vətəndaşlar müxtəlif peşələr üzrə haqqı ödənilən işlərə cəlb olunurlar. Belə ki, 2013-cü ilin 19 sentyabr tarixində Azərbaycan Müəllimlər İnistitutunun Ağcabədi filialında növbəti "Əmək yarmarkası" keçirilib və Mərkəz tərəfindən 25 müəssisə və təşkilatdan toplanmış 280 boş iş yerləri təqdim olunub. Keçirilən "Əmək Yarmarkası"nda Ağcabədi rayonu üzrə təqdim olunmuş 280 boş iş yerlərinə 174 göndəriş verilib ki, bunun da 169 nəfəri işlə təmin olunub. 2012-2013-cü dərs ilində rayonda 62 ümumtəhsil məktəbi o, cümlədən 50 tam orta, 11 ümumi orta və 1 ibtidai məktəb fəaliyyət göstərir. Dövlət Proqramları və digər mənbələr hesabına 2013-cü ilin aprel ayının 2-də 220 yerlik Aran kənd 1 saylı tam orta məktəbin açılışı olub. Təməli 2012-ci ilin sonunda qoyulmuş Avşar kənd 3 saylı ümumi orta məktəbi üçün 320 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilib.

2013-cü ildə rayonun M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 yerlik, Köyük kənd tam orta məktəbi üçün 220 yerlik, R.Quliyev adına Taynaq kənd tam orta məktəbi üçün 180 yerlik yeni məktəbin tikintisi işi başlanıb. S.Hüseyinov adına 640 şagird yerlik Xocavənd kənd 1 saylı tam orta və M.Ə.Sabir adına 624 şagird yerlik Kəbirli kənd tam orta məktəblərinin binasında əsaslı təmir işləri aparılıb. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İnformasiya-Kommunikasiya Texnologiyaları ilə təminatı Proqramına əsasən rayonun ümumtəhsil məktəbləri 761 ədəd komputerlə təmin edilib ki, bu da I-XI siniflərdə təhsil alan 19160 nəfər şagirdin hər 25 nəfərinə 1 komputer nisbəti, V-XI siniflər üzrə təhsil alan 11755 nəfər şagirdin hər 15 nəfərinə 1 komputer nisbəti düşür. Hazırda 23 ümumtəhsil məktəbi və rayon Təhsil Şöbəsi internet şəbəkəsinə qoşulub.

Rayon Mədəniyyət və Turizm şöbəsi 2013-cü ilin doqquz ayında rayonda Bayram günlərində, əlamətdar günlərdə, görkəmli şəxslərin yubleylərində, əsgərlərin hərbi xidmətə yola salınmasında maraqlı proqramlarla çıxış edir, yaz-yay mövsümündə əhalinin asudə vaxtının səmərəli təşkili üçün Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Y.Məmmədov adına Mədəniyyət evində, Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində maraqlı rəngarəng konsert proqramlarından ibarət müxtəlif tədbirlər keçirir. 2013-cü ilin doqquz ayı ərzində Mədəniyyən müəssisələrinə 75000 manatlıq inventar və avadanlıqlar alınıb və 21000 manatlıq əsaslı təmir, 22000 manatlıq isə cari təmir işləri görülüb.Təmir tikinti işləri Mədəniyyət və Turizm şöbəsinin inzibati binasında Şəhər İncəsənət məktəbinin Mərkəzi kitabxananın inzibati binasında aparılıb.

Ağcabədi rayon Mərkəzi xəstəxanasının nəzdində 2 şəhər, 1 qəsəbə, 4 kənd sahə xəstəxanası, 19 kənd həkim məntəqəsi və 24 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Əhaliyə stasionar xidməti 2 mərkəzi xəstəxanasında, 1 qəsəbə və 4 kənd sahə xəstəxanalarında göstərilir. Uşaq əhalisinə ixtisaslaşmış stasionar yardım 35 çarpayılıq uşaq xəstəxanasında doğuşa yardım isə 30 çarpayılıq doğum evində və kənd xəstəxanalarının doğuş çarpayılarında təşkil edir. 2013-cü ilin doqquz ayı ərzində Ağcabədi rayon Mərkəzi xəstəxananın kənd xəstəxanalarında, tibb müəssələrinin və həkim məntəqələrində xeyli abadlıq işləri aparılıb, həyətlərində bəzək-gül kolları əkilib. H.Məmmədov adına Avşar kənd həkim məntəqəsində əsaslı təmir olunub. Qaravəlli kənd sahə xəstəxanası, Yuxarı Qiyamaddınlı kənd həkim məntəqəsi, Şənlik kənd həkim məntəqəsi, Köyük kənd tibb məntəqəsi, Şotlantlı kənd tibb məntəqələri cari təmir olunub.

Rayonunda futbol, voleybol, karate-do, taekvon-do, kikboksinq, ağır atletika, atletika, şahmat, uşu-sanda, sayokan, daşqaldırma, cüdo, sambo, budo, tayboksinq, şutboksinq, sərbəst və yunan roma güləşi və boks idman növləri fəaliyyət göstərir. Rayon idmançıları 2013-cü ilin doqquz ayında beynəlxalq Respublika və zona yarışlarında cəmi 126 ədəd medal və diplomlara layiq görülüblər ki, bunlarında 58 ədədi I yer, 29 ədədi II yer və 39 ədədi III yer təşkil edir.

Rayon Elektrik Şəbəkəsi tərəfindən 2013-cü ilin doqquz ayında müxtəlif güclü 26 ədəd 10/0,4 kv-luq transformator Bakı və Suimqayıt şəhərlərində təmir sexində əsaslı təmir edilərək yenidən əhalinin istifadəsinə verilib. Ağcabədi Qaz istismar sahəsi rayon ərazisində 25562 yerli əhali abonentinin qazla təmin olunmasını nəzərdə tutub. 2013-cü ilin doqquz ayı ərzində Ağcabədi şəhəri üzrə 131 abonent və 5 kənd (Avşar,Salmanbəyli, Xocavənd, Aşağı Avşar, Muğanlı) qazlaşıb. Su-Kanal idarəsi 2013-cü ilin doqquz ayında əhali və qeyri əhali obyektlərində içməli su satışını və çirkab suyun axıdılması xidmətini normal olaraq yerinə yetirib. Ağcabədi rayonunun Taxta-Körpü ərazisindən keçən Mil Qarabağ Aşağı Şirvan kollektor idarəsinin sifarişi əsasında təmizləmə işləri görülüb və nəticədə qurunt və şor suların kollektorda səviyyəsi xeyli aşağı düşüb.

Rayonda internet abunəçilərinin sayı 2729 nəfərə çatdırılıb. Rayonun 12 kəndində - Hindarx, Boyad, Muğanlı, Hüsülü, Hacıbədəlli, Xocavənd, Salmanbəyli, Avşar, Qaradolaq Yeni Qaradolaq, Aran, Kəbirli, Cəfərbəyli, Ağabəyli, Təzəkənd və Qaravəlli kəndlərində yüksəksürətli internet avadanlıqları quraşdırılaraq abunəçilərin istifadəsinə verilib. Hal-hazırda rayon üzrə telefondan istifadə edən abunəçilərin sayı 12320-ə çatdırılıb. Digər sahələr üzrə də rayondadinamik tərəqqi qeydə alınır.

R.BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz