Əlaqə Arxiv
news Image
2017.06.13
12:36
| A A A
Nazənin 9 milyon dollarlıq gəlinlik geyindi - möhtəşəm toydan fotolar

Dünyanın ən varlı qaradərili qadını, 66 yaşlı nigeriyalı iş adamı Folorunşo Alakija oğluna toy edib.

Movqe.az-ın axşam.az-a  istinadən məlumatna görə, mərasim İngiltərənin Oksfordşir şəhərində, Blenhaym sarayında keçirilib. Milyarder afrikalı qadının 4 oğlundan ən kiçiyi olan Foların iranlı model Nazənin Cəfərian Qaysarrifa ilə evlənib. 

Toyda gəlinin əynindəki libasın qiyməti 9 milyon dollar olub. Saraydakı qızılgüllərə isə 1 milyon dollar xərclənib. İngiltərənin keçmiş baş naziri Uinston Çörçillin doğulduğu ev olan sarayda toy keçirtmək üçün isə 7 milyon dollar ödənilib.

Bu, Folarinin ikinci evliliyidir. Onun ilk xanımı xərçəng xəstəliyindən vəfat edib və bir qızı qalıb. Nazənin isə Londonda yaşayan iranlı iş adamının qızıdır.

 

 

Sizin Reklam Yeriniz