Əlaqə Arxiv
news Image
2018.10.30
13:36
| A A A
Sudakı şəhəri sular basdı

İtaliyanın Venesiya şəhərinin tarixi mərkəzinin 74 faizi su altındadır. Səbəb Afrikadan əsən sirokko küləyidir

Movqe.az milli.az-a istinadən bildirir ki, dünən axşam saatlarında şəhərdə suyun səviyyəsi dəniz səviyyəsindən 156 sm artıq olub. Su bu gün səhər saatlarında azalmağa başlayıb.

Venesiyalılar "yüksək su" dedikləri bu təbii fenomenə çoxdan alışıblar.

Söhbət Venesiya körfəzində suyun mövsümü artması nəticəsində "Aralıq dənizinin mirvari"sinin əksər hissəsinin su altında qalmasından gedir.

 

Noyabr ayının əvvəllində başlayaraq yanvarın sonunadək davam edən təbii fenomen sirokko küləyinin suyu Adriatik dənizindən Venesiya körfəzinə qovması, daha sonra suyun kanallara axaraq qədim şəhərin küçə və meydanlarını başına almasıdır.

Venesiya şəhərinin "ən aşağı" yeri San-Marko meydanı olduğundan məhz orada "yüksək su" maksimal həddə çatıb. Venesiyanın meri Luici Brunyaronun göstərişi ilə dünyaca məşhur meydana giriş bədbəxt hadisələrin qarşısını almaq üçün yasaqlanıb.

 

Sizin Reklam Yeriniz