Movqe.Az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (WHO) qlobal ilk sistematik araşdırmasına görə, dünya səviyyəsində hər 3 qadından biri ailə daxili şiddətə məruz qalır. DST-nin ailədən məsul səlahiyyətlisi Flavia Bustreo, "Bunlar şok edici statistikalardır. Dəhşətə salan isə, bu fenomenə dünya səviyyəsində rast gəlinməsidir "deyib. Araşdırma, 81 ölkənin müəyyənləşdirdiyi rəqəmlərin seçilib toplanmasından hesablanıb. Buna görə Banqladeş, Şərqi Timor, Myanma, Şri Lanka və Taylandın daxil olduğu Asiyada ailə daxili şiddət nisbəti 37.7 faizə qədər çıxır. İkinci sırada 37 faizl Orta şərq, üçüncü sırada 36.6 faizlə Səhraaltı Afrika iştirak edir. Şimali Amerika, AB, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi yüksək gəlirli ölkələrdə bu nisbət 23.3 faizdir.