Əlaqə Arxiv
news Image
2020.11.20
08:42
| A A A
NASA: Yer kürəsinə nəhəng asteroid yaxınlaşır
Yer kürəsinə 370-820 metr uzunluğunda nəhəng asteroid - 153201 (2000 WO107) yaxınlaşır. Mövqe.az xəbər verir ki, bu barədə NASA-nın Yerətrafı Obyektlərin öyrənilməsi Mərkəzinin saytında bildirilir. Asteroid Yer kürəsinə noyabrın 29-da Bakı vaxtı ilə saat 09:00-da yaxınlaşacaq. Bu, Aya qədər olan məsafəni 11 dəfədən çox ötür. Beləliklə, bu dəfə kosmik "gəlmə" planetimiz üçün təhlükə törətmir, hərçənd potensial olaraq təhlükəli göy cismlərinə aiddir, çünki Yerin orbitindən keçir. Asteroid başqaları üçün də maraqlıdır. Altı yüz min asteroid haqqında informasiyanın toplandığı Asterank məlumat bazasının qiymətləndirməsinə görə, 2000 WO107 asteroidində faydalı mədənlərin dəyəri 17,4 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Göy cisminin tərkibində nikel, dəmir və kobalt var.
Sizin Reklam Yeriniz