Əlaqə Arxiv
news Image
2022.10.04
12:15
| A A A
“Final” çayından möhtəşəm yubiley lotereyası

Artıq 30 ildir ki bir klassikaya çevrilən sevimli çaymarkası “Final”, yubileyinə həsr olunmuş möhtəşəmlotereya keçirir. Hər kəsin rəğbətini qazanan Final çay, bu dəfə alıcılarını möhtəşəm hədiyyələrlə sevindirəcək. “Final çay iç, Finalda qazan!” şüarı ilə keçirilənlotereya müddətində istehlakçılar 450 qramlıq “Final” “Super”, “Best blend”, “Ultra Earl Grey”, “Melody”, “Pekoe”, "Earl Grey” çay çeşidləri aldıqda 9 ədədVolkswagen Polo, 250 qramlıqlarda isə 180 ədədSamsung M52 qazanmaq şansı əldə edirlər. 

Lotereyadan qeydiyyatdan keçmək isə çox asandır. Belə ki, alınan uduşlu “Final” çay çeşidlərininqapaqlarının altından çıxan kodu “Azercell” və“Bakcell” mobil operatorlarından, ödənişsiz olaraq, 6625 nömrəsinə göndərməklə 18 yaşını tamamlanmış bütün Azərbaycan vətəndaşları iştirakçı ola bilər. Həmçinin lotereyada iştirak edən 450 qramlıqçaylardan alan hər kəs 5 dəqiqə, 250 qramlıq alan 3 dəqiqə şəbəkədaxili pulsuz danışıq vaxtı qazanacaq. 

Qeyd edək ki, “Final çay iç, Finalda qazan!” lotereyası15 sentyabr-31 dekabr müddətində keçiriləcək. Lotereyanın qalibləri isə məşhur aparıcı İlkin Həsəninin təqdimatında 1 noyabr, 1 dekabr və 5 yanvartarixlərində canlı yayımda elan olunacaq. Bununlabərabər, qaliblərin siyahısı müxtəlif media orqanlarında, sosial media hesablarında vəfinaldaqazan.az saytında yayımlanacaq.

“Final” çayı tərəfindən təşkil ediləcək müxtəlifmüsabiqələrdə iştirak etmək üçün sosial media hesablarını izləyin.

Sizin Reklam Yeriniz