Əlaqə Arxiv
news Image
2013.10.22
19:01
| A A A
Telefonla danışarkən metro xəttinə düşdü

Movqe.Az xəbər verir ki, ABŞ-ın Boston şəhərində metro stansiyasında gözləyən bir qadın bütün fikrini mobil telefonuyla danışmağa verdiyi üçün relslərə düşüb. Qadının relslərdən çıxarılana qədər keçən dəhşət anları kameralara saniyəsinə kimi əks olunub. Massaçusests Nəqliyyat Dairəsi tərəfindən yayımlanan gprüntülərə görə , adı gizli tutulan 29 yaşındakı bir qadın cib telefonuyla danışarkən reyslərə düşür. Daha sonra gələn bir qadın sərnişin dərhal hərəkətə keçərək ətrafdan kömək istəyir. Metro qatarlarının yarım dəqiqədə bir işlədiyi stansiyaya o sırada qatar gəlməməsi bir möcüzə olaraq adlandırılsa da, vəzifəlilər dərhal səfərləri dayandırır və qadın metro xəttindən çıxarılır.



Sizin Reklam Yeriniz