Əlaqə Arxiv
news Image
2013.10.23
17:02
| A A A
Eynicinslilərə müsəlman ölkələrindən daha bir qadağa!

Movqe.Az xəbər verir ki, Küveyt Sağlamlıq Nazirliyindən bir səlahiyyətli, geylər və lezbiyanların təsbit edilərək Küveytə və digər Körfəz Əməkdaşlıq Şurası ölkələrinə girişinə maneə törətmək üçün "tibbi gey radarı" layihəsini hazırladıqlarını söyləyib.Bu haqda yazan "Newsweek" jurnalından Suzn Skutti , Küveytli bir səlahiyyətlinin əl Rai qəzetinə verdiyi açıqlamada "Sağlamlıq rəsmiləri, əcnəbilərin KİK ölkələrinə gəldikləri vaxt sağlamlıq vəziyyətləriylə əlaqədar testlər aparır. Bununla yanaşı, homoseksualların təsbit edilərək Küveytə və ya KİK üzvü ölkələrə girişinə maneə törədəcək daha ciddi tədbirlər görəcəyik " şəklindəki sözlərini işlədib. Xəbərə görə, bu testlərin necə olacağıyla bağlı detallı məlumat verib. Layihənin 11 noyabrda qanuniləşəcəyi deyilir. Genekoloqlar , Küveyt hökumətinin gender xromosomları üçün qan testi etməsi vəziyyətdə transları təsbit edə biləcəyini söyləyir. Qadın görüntüsünə sahib bir nəfər, qan testləri nəticəsində XY xromosomuna malikdirsə, deməli həmin insan cinsini dəyişdirib. Lakin homoseksualların təsbit etmək elə də asan deyil. Bahreyn, Qatar, Oman, Səudiyyə Ərəbistanı , Küveyt və Birləşmiş ƏrəbƏmirliklərindən yaranan bütün KİK ölkələrində homoseksual fəaliyyətlər qadağan edilib. Həmçinin cəmi 78 ölkədə homoseksualizm qadağan edilib. Sudan , Yəmən , Mavritaniya , Səudiyyə Ərəbistanı, homoseksuallığı ölümlə cəzalandırır. Ancaq ümumiyyətlə  həbs, pul və ya qırmanc cəzası verilir. Küveytdə isə homoseksualizm 7 ilə yaxın həbslə cəzalandırılır. Ötən may ayında Küveyt polisi şübhələndiyi məkanlarda sanki homoseksual ovuna çıxmış və 215 nəfəri həbs etmişdi.


Sizin Reklam Yeriniz