Əlaqə Arxiv
news Image
2013.12.18
12:53
| A A A
Hamilə qadını öldürüb bətnindəki uşağı oğurladılar

Movqe.az xəbər verir ki, ABŞ-ın Massachusetts ştatının ikinci ən böyük şəhəri olan New Englandda yaşayan və 8 aylıq hamilə olan Darlene Haynes bir müddət əvvəl yoxa çıxıb. Axtarışlar zamanı qonşuların evdən gələn üfunətli qoxu nəticəsində olan şikayəti ilə onun cəsədi mənzilində tapılıb. 23 yaşlı hamilə qadının cəsədi otaqda bükülmüş vəziyyətdə tapılıb.

Meyidin yarılması nəticəsində isə dəhşətli bir həqiqət məlum olub. Belə ki, 8 aylıq hamilə olan 23 yaşlı Darlene Haynesin ölmədən öncə bətnindəki uşağının yarılaraq oğurlandığı məlum olub. Mutəxəsislər 8 aylıq körpənin həkim nəzarətində yaşamasının mümkün olduğunu bildirirlər.


Sizin Reklam Yeriniz