Əlaqə Arxiv
news Image
2013.12.22
15:05
| A A A
Dünya şöhrətli siyasətçini artistlə səhv saldılar
Hindistanda Nelson Mandelanı tanınmış aktyor Morqan Frimanla səhv salıblar. Milli.Az Rusiya mətbuatına istinadən xəbər veri ki, Hindistanın cənubundakı Tamiland ştatında Nelson Mandelanın xatirəsinə hazırlanmış banerdə Morqan Frimanın şəklini qoyublar.

Çandrasekaran adlı tekstil mağazasının sahibi Mandelanın öldüyünü eşidib onun xatirəsini anmaq istəyib. O, küçələrdən birinə böyük baner yerləşdirib, üzərində apardığı mübarizəyə görə siyasətçiyə minnətdarlıq ifadə edən sözlər yazdırıb. Ancaq şəkilləri səhv salıb.

Banerin üstündəki mətndə belə yazılıb: "Biz qürur duymalıyıq ki, onunla eyni dövrdə yaşamışıq".
Sizin Reklam Yeriniz