Əlaqə Arxiv
news Image
2014.01.13
12:42
| A A A
Sony-dən Ultra HD proyektor
Sony-nin yeni sərgilədiyi Ultra HD proyektor üçün istənilən qiymət 30 min dollardan başlayır.

Sony-nin tanıtdığı yeni Ultra HD proyektoru, şirkəti sahəsindən bir addım kənara daşıyır. Qiyməti isə "cib yandırır".  Ultra HD yayımlar çoxalmasa da istehsalçılar bu dəstəyi təqdim edən TV-ları və LCD monitorları satışa təqdim etməyə başlayıb. Bənzər vəziyyət proyektorlar üçün də etibarlı olmaqdadır. Lakin onsuz da bahalı olan proyektorlar Ultra HD dəstəyiylə daha bahalı hala gələ bilir. Ən azı ilk mərhələdə az sayda evə girəcək. Sony-nin yeni sərgilədiyi Ultra HD proyektor üçün istənilən qiymət 30 min dollardan başlayır. Normal proyektor ilə müqayisədə çox fərqli olan , salondakı mebellərlə uyuşan bu xüsusi proyektor eyni zamanda qısa məsafədən divara göndəriş edə bilir. Beləcə qarşısından keçməyim , görəsən hara yerləşdirim dərdi aradan qalxır. Zoom və güclü fokus sistemləri ehtiva edən cihazda dörd ədəd birdən HDMI girişi var. Həmçinin şəbəkəyə bağlanaraq məlumat ala bilir, uzaqdan əmr ilə idarə olunur , USB barmaq yaddaşlarnı oxuya bilir.


Movqe.Az xəbər verir ki, Sony-nin öyündüyü X- Reality Pro , Triluminous Display , Motionflow və avtomatik rəng korreksiyası texnologiyalarını da ehtiva edən məhsulda 3D vizuallaşdırma dəstəyi də var, amma bu vəziyyət də Full HD ilə məhdud qalır. 2000 kandela gücündə parlaqlıq verdiyindən hər mühitdə dəqiq nəticə verir . Modulyar quruluşda birdən çox modul əlavə olunub, səs sistemiylə inteqrasiya etmək  mümkündür . Yay aylarında satışa çıxarılması gözlənilir.

Sizin Reklam Yeriniz