Əlaqə Arxiv
news Image
2014.01.30
13:02
| A A A
Texnologiya nəhəngi satıldı!
Google , Motorolanı 2,9 milyard dollara Lenovoya satdı !

Axtarış mühərriki Google , 2 il əvvəl 12.5 milyard dollara satın aldığı çətin vəziyyətdəki mobil telefonu şirkəti Motorolanı 2.9 milyard dollara Çinli kompüter istehsalçısı Lenovoya satıb.


Movqe.Az xəbər verir ki, Google Motorola patentlerinin böyük bir hissəsinin sahibliyini əlində saxlamağa davam edəcək. 


Bununla yanaşı razılaşma , əqli mülkiyyət hüququnun istifadəsi üçün lisenziya , Motorolanın markası və əlindəki ticarət markaların istifadəsi kimi ünsürləri Lenovoya təmin edir.


Google bu satışın geyilə bilən məhsullar və ya ağıllı ev alətlərinin də aralarında olduğu digər təchizat fəaliyyətlərinə təsir etməyəcəyini qeyd edib.


 Lenovo da bu satın almayla birlikdə Amerikanın ən böyük üçüncü ağıllı telefon istehsalçısı halına gəlib. Motorolanın mövcud satıcılar və mobil operatorlarla  razılaşmaları sayəsində Çinli istehsalçı mobil bazarda daha çox əhatəyə sahib olacaq.


Şirkət Motorolanın mövcud qrupuna olan etibarını müəyyən edib və  Çikaqodakı  rəhbərlik ofisini bağlamayacağını və işdən çıxarma etməyəcəyini deyib. Həmçinin mövcud plan daxilində Motorola markası qorunacaq.

Sizin Reklam Yeriniz