Əlaqə Arxiv
news Image
2014.02.21
11:38
| A A A
Apple şirkəti infarktı əvvəlcədən müəyyən edəcək

Bildiyimiz kimi, stressin, gərginliyin və bir çox faktorların əmələ gətirdiyi infarkt, yaş artdıqca təhlükəli olur.

Bu baxımdan infarkt önləyici imkanlardan və proseduralardan (düzgün qidalanma, idman məşqləri, nizamlı yuxu və s.) istifadə əhəmiyyətlidir.

Bunların sayəsində infarkt tez aşkarlanaraq yaxşı müalicə edilə bilər. Xüsusən, ürək böhranlarını əvvəlcədən göstərən cihazlar təsirlidir. 

Movqe.az-ın xarici mətbuata istinadən məlumatına görə, ABŞ-ın elektron nəhəngi Apple infarktı əvvəlcədən müəyyən edəcək cihaz hazırlayıb. Apple bu cihazı yaxın zamanlarda satış bazarlarına çıxaracaq. San Francisco Chronicle qəzetində bu mövzu ilə əlaqədar xüsusi məqalə də dərc edilib. 

Şirkətin səs mütəxəssisi Tomlinson Holman bu lahiyə haqqında açıqlama verib. Proyektdə əsas məqsəd damarlarda axan qanın səsinin izlənilməsi olacaq.

Şirkətin səhiyyə məqsədli tətbiqləri artıracağı da bildirilir.

Sizin Reklam Yeriniz