Əlaqə Arxiv
news Image
2014.02.21
17:53
| A A A
Körpəyə öpüşlə həyat verdilər

ABŞ-da qəflətən nəfəs almağı kəsən körpə üçün yolda səfərbərlik başladılıb.


ABŞ -ın Florida əyalətində şose yolunda yaşanan qorxulu anlar həmin vaxt təsadüfən orda olan bir jurnalist tərəfindən görüntülənib.


İngilis Daily Mailin xəbərinə görə Sebastian , yarımçıq doğum səbəbiylə tənəffüs çətinliyi çəkirdi. Xalasının avtomobilində olarkən kiçik körpənin nəfəsi kəsilib və rəngi göyərməyə başlayıb.


Xala Pamelo Rauseo , dərhal vasitəsini kənara çəkib və qışqırıqlarla kömək istəməyə başlayıb.Bu vaxt şosedən keçən və Pamelanın qışqırıqlarına qeydsiz qala bilməyən "Miami Herald" foto müxbiri Al Diaz və başqa bir qadın da köməyə qaçıb.


Jurnalist ,nəqliyyatı dayandıraraq digər vasitələrdən kömək istəməyə başlayıb.


 Sürətli və şüurlu edilən ilk yardım sayəsində yenidən nəfəs almağa başlayan Sebastianın vəziyyətini , təcili yardım gələnə qədər , stabil tutmaq vəzifəsi isə yenə nəqliyyatda sıxışmış olaraq qalan iki xilasetmə vəzifəlisinə düşüb.


 Balaca Sebastianın sağlamlıq vəziyyəti indi yaxşıdır.

Sizin Reklam Yeriniz