Əlaqə Arxiv
news Image
2014.07.01
18:05
| A A A
Stress qadının 17 illik yaddaşının pozulmasına səbəb oldu

İngiltərədə qeyri-adi hadisə baş verib. 32 yaşlı qadın yuxudan duranda özünü 15 yaşında hiss etməyə başlayıb. Türk mətbuatına istinadla verdiyimiz məlumata görə, Naomi Jakobs adlı 32 yaşlı qadın bir gün yuxudan oyanandan sonra həyatının son 17 ilini tamamilə unudub. Jakobs 15 yaşına kimi olan hər şeyi aydın xatırlasa da, həyatının son dövrü haqqında heç bir məlumatı olmayıb.


Yuxudan duran qadın güzgüyə baxanda gözlərinə inanmayıb. Kiminsə onunla zarafat etdiyini düşünən qadın dərhal yadında qalan ilk telefona zəng edib. Jakobsun bacısı və rəfiqəsi onu həkimə aparıblar. Xəstəxanada ona "müvəqqəti qlobal amneziya" diaqnozu qoyulub.

Buna səbəb isə stress olub. Belə ki, stress beynin fəaliyyətinə təsir edərək onun pozulmasına və müəyyən bir zamana aid məlumatların, xatirələrin silinməsinə gətirib çıxarıb.


Uzun müddətli müalicədən sonra yaddaşına yenidən qovuşan qadın hazırda yaşadıqları barədə kitab yazmağa hazırlaşır. 

Sizin Reklam Yeriniz