Əlaqə Arxiv
news Image
2014.07.02
17:06
| A A A
Baş nazir qulluqçu oldu

İtaliyanın keçmiş Baş naziri Silvio Berlusconi, vergi qaçırma təqsirindən aldığı hökmə uyğun olaraq fəaliyyətdə olduğu ictimai xidmət əsnasında bir jurnalist tərəfindən gizli olaraq görüntülənib.


Movqe.Az xəbər verir ki, Cesare Boscone Sacra Famiglia İnstitutunda alzheimerli xəstələrə həftədə bir gün  yardım etmək məsuliyyəti verilən Silvio Berlusconi, Stefano Apuzzo adlı jurnalist tərəfindən gizlicə çəkilən görüntülərdə ağ köynəyi ilə bir masada xəstələrlə söhbət edərkən görülür. 


Olduqca rahat olduğu müşahidə edilən keçmiş Baş nazir, arabir bir xəstəylə kart oynayır, arabir də ətrafda gəzib digər xəstə yaxınlarıyla söhbət edir və hədiyyələr verir. 



Videonun yayılmasından sonra Berluskoninin vəkilləri, şəxsi həyatın gizliliyinin pozulması səbəbiylə söz mövzusu videonun qaldırılmasını istədilər. 



Sizin Reklam Yeriniz