Əlaqə Arxiv
news Image
2014.09.19
09:23
| A A A
Kim Çen Inın həyatı təhlükə altındadır

Artıq çəkidən əziyyət çəkən gənc dövlət başçısı öz səhhətinin qayğısına qalmır və onu öldürməkdə olan qida məhsullarını qəbul etməkdə davam edir.

KXDR lideri öz sağlamlığının qeydinə qalmaqdansa, özü üçün zərərli və hətta təhlükəli qidadan, həm də məhdudiyyət qoymadan istifadə edir. Məsələn, Kim Çen In emmental- inək südündən hazırlanan ənənəvi İsveçrə pendirindən əsl asılılq hissi keçirir. Qida çox yağlı olduğundan bu, dövlət başçısının səhhətinə güclü təsir göstərir.

Qeyd edək ki, Koreya Xalq-Demokratik Respublikasının liderində Avropa təamına aludəçilik o, İsveçrəyə səfər etdikdən sonra yaranıb. Şimali Koreyadan olan mənbə bildirir ki, ildən-ilə situasiya daha da pisləşir, Kim Çen In isə daha da kökəlir.

Liderə yaxın olan Koreya mənbəyi vurğulayıb ki, onun yağlı pendirə meylliliyi hakimiyyətdə olan vaxtlarda yaranıb.

Mənbənin məlumatına görə, Şimali Koreya liderini çox vaxt axsayan görürlər. Sonuncu dəfə bu cür situasiya KXDR-n yaradıcısı- Kim İr Senin ölümünün 20 illiyi ilə bağlı keçirilən mərasimdə nəzərə çarpıb. "Bu tədbirdə Kim Çen Inın üzü şişkin görünürdü, özü isə sağ ayağından axsayırdı"- mənbə bildirib.

Süd məhsuluna aludəçiliyi səbəbindən dövlət başçısı üç nəfər vəzifəli şəxsi pendir emalı kurslarına göndərib. Guya, o, bu qərarı ölkədə süd məhsullarının keyfiyyətindən hiddətləndiyinə görə verib. Bu qərar xüsusilə ölkədə milyonlarla insanın aclıq çəkməsi fonunda ictimaiyyətin narazılığına səbəb olub.

BMT-nin rəsmi məlumatına görə, KXDR-də 2,8 milyon əhali "qida çatışmazlığı və öz rasionunda həyati dərəcədə vacib olan zülal və yağların olmaması" ilə daim üz-üzə qalır.

Sizin Reklam Yeriniz