Əlaqə Arxiv
news Image
2014.10.17
09:07
| A A A
Marsın sonudurmu?
Qırmızı planetə nəhəng komet yaxınlaşır

NASA və Avropa Kosmik Agentliyində Marsa tərəf uçan C/2013 A1 (Onu Siding Spring də adlandırırlar) kometini qarşılamağa hazırlaşırlar. Bazar günü- 19 oktyabr 2014-cü ildə diametri 50 km olan komet Qırmızı planetindən minimum məsafədə keçəcək. Ilkin hesablamalara görə, bu məsafə cəmi 139 min kilometr təşkil edəcək.Astronomlar bildirirlər ki, toqquşma, çətin ki, baş tutsun. Amma bəzi alimlər hadisələrin fəlakətli nəticələr verəcəyi ehtimalını da istisna etmirlər. Komet və Marsın bir-birinə yaxınlaşma sürəti hədsiz dərəcədə böyükdür- 56 kmsaniyə. C/2013 A1 kometi qarşılaşma kursu ilə hərəkət edir, yəni onlar, "kəllə-kəlləyə" gələ bilər.NASA-da indi qonşu planetin orbitində olan kosmik aparatlara görə narahatdırlar. Güman edilir ki, kometi müşayiət edən daş və toz onlara zərər vura bilər. Buna görə də mütəxəssislər Mars Odyssey, Mars Reconnaissance Orbiter (MRO) və Qırmızı planetə təzə çatmış Mars Atmosphere and Volatile EvolutioN (MAVEN) aparatlarının trayektoriyalarını dəyişirlər. Komet uçub keçdikdən 90 dəqiqə sonra və təqribən 20 dəqiqə davam edən böhranlı məqamda aparatlar Marsın arxasında qalacaq, lakin eyni zamanda yaxınlaşmanın fotşəklini çəkə biləcəklər.

Uçuşu indi Marsın səthində işləyən robotlar- Opportunity və Curiosity aparatları da izləyəcək.

Xatırladaq ki, C/2013 A1 kometi təqribən iki il əvvəl aşkar edilib. 2013-cü il yanvarın 3-də onu Avstraliyanın Siyding-Spring Rəsədxanasından olan məşhur komet izləyicisi Robert Maknaut görüb. Onun Arizondakı Catalina Sky Survey Rəsədxanasından (ABŞ) olan həmkarları isə kometin şəklini özlərinin 8 dekabr 2012-ci ildə topladıqları məlumatlar arasında taparaq kəşfi təsdiq ediblər.

Əgər komet Marsa çarpılarsa, yəqin ki, orada saxlanıla biləcək və Curiosity aparatının cidd-cəhdlə tapmağa çalışdığı həyat izlərini də məhv edəcək. Müqayisə üçün qeyd edək ki, 66 milyon il əvvəl Yer kürəsində dinozavrları məhv etmiş asteroid sözügedən kometdən iki dəfə az sürətlə hərəkət edib. Onun diametri 10 kilometrə yaxın olub.

50 kilometrlik səma cismi özündən sonra diametri 500 kilometr, dərinliyi isə 2 kilometrdən az olmayan krater saxlamalıdır. Çarpılma nəticəsində əmələ gələn partlayış isə trotil ekvivalentində 20 milyard meqaton enerji yaratmalıdır. Və Qırmızı planetdə dünyanın axırı çatmalıdır.

Komet və Marsın yaxınlaşması Yerdən çoxsaylı teleskoplar- Kepler, Swift, Spitzer, Chandra, Hubble Space Telescope və s. tərəfindən izlənəcək. Yaxınlaşmanı planetimizin səthindən Havay adalarında yerləşən infraqırmızı teleskop da izləyəcək.

Yeri gəlmişkən, indi Mars yaxşı görünür- Yerin orbitindən kürə şəklində müşahidə olunur.

Sizin Reklam Yeriniz