Əlaqə Arxiv
news Image
2014.10.21
12:12
| A A A
1.35 milyon dollarlıq motosiklet
Kino tarixinin məşhur filmlərindən "Easy Rider" da "Captain America" xarakterini canlandıran Peter Fondanın istifadə etdiyi motosiklet, hərracda 1.35 milyon dollara alıcı tapıb. Movqe.az xəbər verir ki, ABŞ-ın Kaliforniya əyalətindəki "Profiles in History" hərrac evi, 1969-cu il istehsalı filmin simvolu halına gələn Harley- Davidson marka motosikletin adının açıqlanmasını istəməyən bir kolleksiyaçı tərəfindən satın alındığını açıqlayıb. Qaz anbarının üzərində Fondanın imzasını daşıyan xüsusi istehsal motosiklet, filmdə kiçik rola sahib olan aktyor Dan Haggertiyə  aid idi. Haggertiin satdığı motosiklet,  son dəfə Michael Eisenberg tərəfindən satın alınmışdı.
Sizin Reklam Yeriniz