Əlaqə Arxiv
news Image
2014.10.25
09:23
| A A A
Avtomobil piyada qarşısında avtomatik olaraq dayanacaq
"Ford" avtomobil şirkətinin rəhbərliyi qarşıda piayda olduğu təqdirdə avtomobili avtomatik olaraq saxlayan sistemin-"pre-collision assist"in hazırlandığı barədə məlumat verib. Sistem yaxın gələcəkdə hərəkət zamanı piaydaları vurmamaq üçün "Ford" şirkətinin yeni avtomobillərinə tətbiq olunacaq. Sistemə avtomobil hərəkəti zamanı yolda piyadanın olduğunu skanirə edən radar daxildir. Qurada əvvəlcə informasiya analiz edilir və sonra ehtiyac yaranırsa, avtomobil avtomatik olaraq dayanır.
Avtomobil ekspertlərinin fikrincə, bu cür sistemdən istifadə yolda baş verən bədbəxt hadisələrin xeyli azalmasına gətirib çıxaracaq.Xüsusi radar avtomobilin ön bamperi tərəfdə quraşdırılacaq. Piyadanı vurmaqda azacıq təhlükə yaranan kimi sistem bu barədə sürücü displeyinə siqnal ötürür, əgər sürücü buna reaksiya vermirsə, avtomobil təcili əyləc sistemindən istifadə edərək avtomatik olaraq dayanır.
Şirkət bu cür ilk radarları 2015-ci ildə Ford Mondeo modelinə quraşdırmağı planlaşdırır. Hələlik yeni sistemin quraşdırılmasının avtomobilin qiymətinə necə təsir edəcəyi barədə məlumat verilmir.

Sizin Reklam Yeriniz