Əlaqə Arxiv
news Image
2015.02.11
11:20
| A A A
Ukraynaya raket yağdı: 8 ölü var

Ukraynanın cənub-şərqindəki Kramatorsk şəhəri, Rusiya tərəfdarı olan separatçıların raket hücumuna məruz qalıb. Kameraların qeyd altına aldığı şəhər hücumunda, ən az 8 adam həyatını itirib, 9-u ağır olmaqla 31-dən çox adam da yaralanıb. Kramatorskdakı aerodromun bombardman olunmasında isə 32 əsgər yaralanıb.

Movqe.az xəbər verir ki, Kiyevin nəzarətində olan Donetsk regional administrasiyasından verilən məlumata görə, şəhər rusiyapərəst separatçıların nəzarətində olan Horlovka məntəqəsindən atəşə tutub .Bu qəsəbə Kramatorskn 50 kilometrliyində yerləşir. Yerli rəsmilər azı 8 nəfərin öldüyünü, 31 adamın yaralandığını deyiblər.Yaralılar ətraf xəstəxanalarda müalicə altına alınıb ancaq ölü sayının artması da narahatlıq hissi doğurur.Məlumatlara görə mərmilərdən bir neçəsi yaşayış binalarına düşüb. Hücum sonrası çəkilən fotoşəkillərdə, torpaq sahəyə batan bəzi raketlərin partlamadığı görülüb. Vətəndaşların təhlükəyə diqqət etmədən raket ətrafında gəzmələri və fotoşəkil çəkmələri isə diqqət çəkən məqəmlardan biri olub.


Digər tərəfdən məlumatı Ukrayna prezidenti Petro Poroshenko da təsdiqləyib. O, fevralın 10-da parlamentdə çıxış edərkən mərmilərdən birinin şəhərdəki hərbi qərargaha düşdüyünü deyib. Prezident dinc sakinlər və hərbçilər arasında itkilər olduğunu bildirib. Separatçıların lideri Aduard Basurin isə şəhərin onlar tərəfindən atəşə tutulmadığını deyir. ABŞ-ın Ukraynadakı səfiri Geoffrey Pyattbu da hücumu pisləyib.



Sizin Reklam Yeriniz