Əlaqə Arxiv
news Image
2015.02.13
11:20
| A A A
Ermənistan, Eurovisiona "İnkar Etmə" ilə qatılacaq

Ermənistan, 6 May tarixində Avstriyanın paytaxtı Vyanada keçiriləcək olan Eurovision mahnı müsabiqəsinə, 1915 hadisələrinin 100-cü ildönümünə istinadən "Do not Deny It" (İnkar Etmə) adlı bir mahnıyla qatılacaq.

Movqe.az xəbər verir ki, Müsabiqənin "eurovision .tv" adlı rəsmi saytında yer alan xəbərə görə, Ermənistan, beş qitədən Erməni sənətçilərin iştirak edəcəyi bir proyektlə təmsil ediləcək.


"İnkar Etmə", Genealogy (Soyağacı) adlı qrup tərəfindən səsləndiriləcək.


Xəbərə görə, sülh, birlik və tolerantlıq mesajı yaymaq istənilən mahnının, "unutma məni çiçəyi" və Eurovision 2015-in "körpülər qurur " şüarı ilham qaynağı olub.

Genealogy (Soyağacı) layihəsinin əsas fikrinin isə 1915 hadisələrindən sonra ailələri dünyanın dörd bir yanına köç edən yeni nəsil erməniləri birləşdirmək olduğu ifadə edilib.


Səhnə xoreoqrafiyalarında isə, eyni anda səhnədə olacaq beş müğənninin hər biri, "unutma məni çiçeği"nin bir yarpağını təmsil edəcək. Ortada isə qrupu birləşdirəcək olan Ermənistanlı altıncı bir sənətçi olacaq.


Qrupun ilk üzvü 16 Fevralda açıqlanacaq.



Sizin Reklam Yeriniz