Əlaqə Arxiv
news Image
2015.02.18
11:40
| A A A
Ebru Gündəşdən Özgəcana məktub

Ebru Gündəş, Mərsinin Tarsus bölgəsində qətlə yetirilən Özgəcan Aslan üçün Demet Akalın ve Berən Saatın ardından Instagram hesabından kədərli bir məktub paylaşıb.

Movqe.az xəbər verir ki, Özgəcanın fotoşəkilini də paylaşan məşhur sənətçi, qatillərin cəzasını çəkməsini istədiyini "Allahım içim yanır. Nə olar ailəsinə səbr ver Allahım. Hər kəsə ibrət olacaq cəza verilsin və qanun dəyişsin, cani ya edam edilsin, ya da xədim. Başqa cür olmayacaq ! "sözləri ilə ifadə edib.


"Oda atdılar məni ana"


Ebru Gündəşin mesajı belə olub: "Ana, məni eşidirsənmi? Bu gün bazar günü deyil, niyə yuyursunuz məni? Paltarlarım hardadır? Bu ağ örtük nədir ana? Çox sərtdir, niyə? Niyə tabutun içindəyəm, kimdir bu insanlar? Niyə basdırırsız ana məni? Mən istəyərək etmədim bunları, təcavüz etdilər ana! Bura çox qaranlıqdır. Qorxuram ana ... Pis, soyuq əlləri ilə toxundular mənə. Bağırdım, qışqırdım.. Kimsə eşitmədi, kimsə kömək etmədi mənə ana! Özümü qorumağa çalışdım, biləklərimi kəsdilər ana, əllərimi qopardılar! Artıq sənə toxuna bilməyəcəm? Oda atdılar məni ana, yandırdılar məni! Ana sən məni buraxmazsan, hə? "Qızım, canım balam "deyib qucaqlayarsan məni, hə? Anam, mən səni heç vaxt buraxmaram, sən də məni tək buraxmazsan, hə? ... "



Sizin Reklam Yeriniz