Əlaqə Arxiv
news Image
2015.02.23
15:20
| A A A
Samsung Galaxy S6-nın ən dəqiq fotoşəkili

"Mobil Dünya Konqresi"ndə tanıdılması gözlənilən yeni Samsung Galaxy S6-nın bu günə qədərki ən dəqiq görünüşü yayımlanıb.

Movqe.az xəbər verir ki, Texnologiya nəhəngi Samsungun bu ilə damğasını vurması gözlənilən telefonu Galaxy S6-nın yeni bir görünüşü daha internetə düşüb. Fotoşəkildə diqqət çəkən ən əhəmiyyətli nöqtə isə cihazın ekranında qıvrımlarının olması olub. "Galaxy Note Edge"də olduğu kimi qövslü bir ekran istifadə etməsə də, ekranındakı qıvrım diqqət çəkib.

GALAXY S6 NECƏ OLACAQ


Galaxy S6, prosessor olaraq hər keçən gün məşhurluğunu artıran "Snapdragon 810" yerinə Samsungun öz istehsalı olan "Exynos" prosessor istifadə edəcək.

Ayrıca Galaxy S6-nın bir əvvəlki modeldən fərqli olaraq suya və toza davamlı olmayacağı bildirilib.



Sizin Reklam Yeriniz