Əlaqə Arxiv
news Image
2015.02.23
15:50
| A A A
Telefonlarda açıb-bağlama düyməsi qorxusu

Telefonların gücaçıb-bağlama düyməsinə basıldığında aktiv hala gələn yeni virus dalğasına diqqət edin.

Movqe.az xəbər verir ki, "Android 5.0 Lollipop" istifadəçiləri yeni bir zərərlinin təhdidi altındadır. Telefonlara bulaşan yeni zərərli, istifadəçilərin telefonu bağlaması halında dövrəyə girir və telefonun bağlanmasına maneə törədir, ancaq istifadəçi telefonun bağlanmış olduğunu düşünür. Zərərli proqram bu sırada açıq olan telefonda hər cür zərər verici hərəkətini tutulma riski olmadan həyata keçirir.

Antivirus proqram istehsalçısı "AVG"nin təsbit etdiyi proqram, istifadəçinin bağlama düyməsinə basması ilə hərəkətə keçir və saxta bir bağlama pəncərəsi çıxarır. Bu sırada zərərli proqram ekranı tamamilə qaraldır və cihazın bütün siqnal xəbərdarlıqlarını kəsir. Istifadəçi qurğusunun bağlandığını sanarkən, virus üçün arxa planda rahatca hərəkət etmə imkanı doğulur.

Bu zərərlinin bir telefona özünü kopyalaya bilməsi üçün telefonun "Root"lanmış olması lazımdır. Androidin əsas təhlükəsizlik divarlarını qırmamış normal istifadəçilər üçün isə hələlik bir təhlükə təşkil etmir. Ancaq əgər telefonunuzu daha əvvəl "root"ladıysanız (yəni telefonu qırdıysanız), telefonunuzu bağladıqda həqiqətən bağlandığından əmin olmaq üçün, batareyasını çıxarmaq məcburiyyətindəsiniz.



Sizin Reklam Yeriniz