Əlaqə Arxiv
news Image
2015.06.02
21:00
| A A A
Uzun müddət kosmik fəzada olmaq həyat üçün təhlükəlidir

Astronomiya alimləri bildiriblər ki, insan uzun müddət kosmosda qalarsa, onun dəri örtüyü çürüyə bilər. Alimlər qrupu tərəfindən toplanmış son məlumatlara görə, Marsa nəzərdə tutulan yaxın uçuşlar NASA ekspertləri üçün çox təhlükəli olacaq.

Bir neçə aydan sonra kosmik çəkisizliyin təsiri altında insanın dəri örtüyündə müəyyən çürümə halları baş verə bilər. Alimlər bildirirlər ki, təcili olaraq bu xəstəliyin simptomatik inkişafının qarşısını ala bilən dərman preparatı hazırlamaq lazımdır.

Xatırladaq ki, onlar bu nəticəyə BKS-də altı aydan artıq çəkisizlik halında qalan siçanlar üzərində keçirdikləri tədqiqatdan sonra gəliblər.



Sizin Reklam Yeriniz