Əlaqə Arxiv
news Image
2015.06.03
19:20
| A A A
Çində 458 adamı daşıyan gəmi batdı

Movqe.az xəbər verir ki, Çində 458 adamı daşıyan gəminin batmasının ardından sağ xilas olan gəmi kapitanı ilə baş mühəndis nəzarətə alınıb.Çin mətbuatında batan gəmiylə bağlı çıxan xəbərlərdə, 458 adamı daşıyan Dongfancışing (Şərq Ulduzu) adlı sərnişin gəmisinin ölkənin mərkəzindəki Hubey əyalətində olan Yantszı çayında batmasının ardından sağ olaraq xilas olan gəmi kapitanı və baş mühəndisin sorğulanmaq üzrə nəzarətə alındığı ifadə edilib.

Gəminin batma səbəbi tam olaraq açıqlanmayıb və qasırğaya tutulan gəminin iki dəqiqə içində batdığı və gəmidən hər hansı bir imdad çağırışının alınmadığı qeyd edilib. Çin Nəqliyyat Nazirliyi də, edilən ilk araşdırmada gəmiyə tutumunun üstündə sərnişin alınmadığını açıqlayıb və gəminin təxminən 77 metr uzunluğunda, 534 sərnişin daşıma tutumuna sahib olduğu və gəmidə kifayət sayda xilasedici jiletin olduğu ifadə edilib.

Çin Baş naziri Li Kıçiangın, qurtarma işlərini yerində izləmək məqsədi ilə bölgəyə gəldiyi bildirilərkən, bu ana qədər cəmdə 13 adamın qurtarıldığı və 5 adamın öldüyü açıqlanıb. Digər tərəfdən batan gəminin, Şanghaydakı bir səyahət şirkətinin təşkil etdiyi gəmi turu olduğu ifadə edilərkən, gəmidə yaşları 3 ilə 83 arasında dəyişən 406 sərnişinin yanında 47 ekipaj və 5 turizm agentlik işçisinin olduğu ifadə edilib. İtkin sərnişinlər üçün bölgədə böyük diametrli axtarış qurtarma çalışması başladılıb və 36 gəmi ilə 117 qayığın birlikdə 4 mindən çox adamın qurtarma işləri üçün səfərbər olduğu qeyd edilib.


Sizin Reklam Yeriniz