Əlaqə Arxiv
news Image
2015.06.18
19:20
| A A A
Qocalar evinin içində uşaq bağçası açdılar, uşaqların və yaşlıların həyatı dəyişdi

Movqe.az xəbər verir ki, baxım evlərindəki ən məşhur problemlərindən biri yaşlıların ictimai həyatdan tamamilə təcrid edilmiş hiss etmələridir.

Bu vəziyyət depressiya və digər müxtəlif narahatlıqlara səbəb ola bilir. Amerikada, 400-dən çox insanın yaşadığı bir qocalar evi bu problemə çarə olacaq çox gözəl bir proyektə imza atıb.

Bu qocalar evi 400 adamın yaşadığı, bir köməklik edilən həyat təsisidir. Bu qocalar evinin içində "Nəsillər arası Öyrənmə Mərkəzi" adında bir uşaq bağçası açılıb.

Bu proqram 1 - 5 yaş arasındakı uşaqların yaşlılarla qarşılıqlı təsirə keçmələrinə imkan təmin edib. Bu proqramın uşaqlara ciddi faydaları var. Əngəlli insanlarla sağlam ünsiyyətə keçməyi öyrənirlər. Yaşlanma müddətini öyrənirlər. Yaşlılara qarşı duyduqları qorxu aradan qalxır.

Sevgi dolu bir mühitdə zaman keçirmiş olurlar. Proqramın yaşlılara da ciddi faydaları var. Uşaqlara məlumat və təcrübələrini köçürürlər. Beləcə faydalı olduqlarını, işə yaradıqlarını hiss edirlər. Xoşbəxt, maraqlı, enerjili, dəcəl uşaqlarla bütün günlərini keçirmiş olurlar.

Kim uşaqlarla vaxt keçirməkdən bədbəxt ola bilər ki?


1.


2.


3.


4.


5.


6.


7.


8.


9.


10.


Sizin Reklam Yeriniz