Əlaqə Arxiv
news Image
2015.08.12
13:00
| A A A
Əfsanəvi moda evi yenidən fəaliyyətə başlayacaq

20-ci əsrin əvvəllərində görkəmli dizayner Pol Puarenin sağlığında onun təsis etdiyi Paul Poiret moda evi populyarlığın zirvəsində olsa da, indi o, tamamilə unudulub.

Paul Poiret markası satışa çıxarıldıqdan sonra onu Cənubi Koreyadan olan Shinsegae International konqlomeratı əldə etdi. Onlar markanı həyata qaytarmağı və öz müasir istehlakçısı üçün maraqlı etməyi planlaşdırır. İlk olaraq, kosmetik vasitələrə, xüsusilə də ətirlərə vurğu ediləcək, daha sonra isə diqqət geyim kolleksiyalarına yönəldiləcək.

Pol Puare

Pol Puare

"Paul Poiret - moda və incəsənət arasında körpüdür, onun təsisçisi indi də moda sənayesində istifadə olunan çoxlu şeylər ixtira edib. Biz səbirsizliklə bir neçə kateqoriyada brendin müasir simasının yaradılması üzərində işin başlamasını gözləyirik", - deyə Shinseagae International-ın prezidenti Harold Çoy bildirib. Konqlomerat brendi əsl Koreya brendinə çevirməyi planlaşdırmır. Ümid edirik ki, böyük modelyerin brendi etibarlı əllərə düşüb və səbirsizliklə markanın ilk kosmetik buraxılışlarını gözləyirik.


Sizin Reklam Yeriniz