Əlaqə Arxiv
news Image
2015.08.25
13:20
| A A A
“Apple” iPhone 6 Plus smartfonlarını geri çağırır

Movqe.az xəbər verir ki, ABŞ-ın "Apple" şirkəti ötən ilin sentyabrında satılan iPhone 6 Plus smartfonlarını arxa kamerasında olan çatışmazlığa görə geri çağırır.

Çatışmazlığı olan qurğuların sayı müəyyənləşdirilməsə də, "Apple" bunun nisbətən kiçik partiya smartfonlara aid olduğunu göstərir. Smartfonun nasazlığa meyilli olub-olmamasını "Apple" şirkətinin xüsusi səhifəsinə cihazın seriya nömrəsini daxil etməklə yoxlamaq olar. Şirkət bütün problemləri pulsuz aradan qaldıracağını bildirir.


Sizin Reklam Yeriniz