Əlaqə Arxiv
news Image
2015.09.07
11:20
| A A A
Bananın faydaları

Movqe.az bananın faydalarını təqdim edir.


Banan iştahası olmayanların enerji əldə etməsi üçün yaxşı seçimdir.


Cildə banan əzməsi ilə edilən masaj dərini yumşaldır və nəmləndirir.


Triptofan amino asitlə zəngindir. Bu asit bədəndə seratoninə dönüşür. Seratonin də öz növbəsində depressiya kimi halların yox edilməsində faydalıdır.


Bal və vanillə birgə hazırlanmış banan püresi saçların yumşalmasına kömək edir.


Mədə xorasına faydalıdır. Proteaz inhibitoru deyilən birləşimi sayəsində mədədə olan zərərli bakteriyalarla mübarizə aparır.


Kişilər hər 3 gündən bir banan yeyərək ata olmaq şanslarını artıra blərlər.


Lif baxımından zəngindir, qəbzliyə faydalıdır.


Banan yaşlı görünməni əngəlləyir.


Anemiya xəstələri üçün ideal bir meyvədir. Bədənin hemoqlabin səviyyəsini normaya salan dəmir baxımından olduqca zəngindir.


Bananın böyrək xərçənginə qarşı təsirli olduğu təsbit edilib. Həftədə 4-6 dəfə banan yeyənlərin bu xəstəliyə yoluxma riskinin daha az olduğu bildirilir.


Həşəratların dişləməsi zamanı banan qabığının həmin bölgəyə sürtülməsi qaşınmanın və şişmənin qarşısını alır.


Siqareti tərgidənlər üçün faydalıdır. Siqareti tərgidən biri üçün nikotinə olan ehtiyacını unutmaq çətin olur. Bananın tərkibində olan B6, B12 vitaminləri bu yoxluq əlamətlərinin azalmasına kömək edir.


Potasium və maqnezium tərkibli olduğundan ürək xəstəliklərindən qorunmağa kömək edir.



Sizin Reklam Yeriniz