Əlaqə Arxiv
news Image
2016.02.20
11:00
| A A A
"Vecinə də alma, kef elə..." - VİDEO - FOTO

ABŞ-ın Hollivud şəhərində, Beverli-Hillsdəki kafelərdən birində yaşayan bu iquanalar indi sosial şəbəkələrin ulduzlarına çevriliblər.Movqe.az Daily Mail-ə istinadən bildirir ki, "Baby Love" və "Buddy Love" adlı iki iquana kafenin vitrinindəki bənövşəyi şezlonqa uzanaraq əhlikef vəziyyətdə ətrafa baxırlar.

İquanalar soyadını 1986-cı ildə dəyişərək "Lizardlover" qoymuş Henri Şifberqə məxsusdur.

"Bu iquanalar sanki baxanlara "Vecinə də alma, kef elə..." deyirlər. Baddi və Bebini qəfəsdə saxlamıram, onlar evimdə yaşayırlar. Hər ikisi fotosessiyalarımın qəhrəmanlarıdır", - Henri deyib.



Sizin Reklam Yeriniz