Əlaqə Arxiv
news Image
2012.12.19
15:42
| A A A
Telefona oyun yükləyəndə ehtiyatlı olun!
Movqe.az xəbər verir ki, ağıllı telefonların məşhur oyunlarından "Angry Birds" artıq xakkerlərin sevimlisi olub. Xüsusilə Android əməliyyat sisteminə təsir edən boşluğu istifadə edən xakkerlər məşhur oyunların pulsuz distributivlərini istifadə edərək istifadəçiləri şəbəkəsinə salır. İstifadəçlər ilk mərhələdə oyunun pulsuz yüklənə biləcəyini ifadə edən bir sms alır. Bu sms-ə inananlar oyunun olduğu sayta yönləndirilir. Serverlərə istiqamətləndirilərək saxta proqramları endirir. Daha sonra da telefonunuzun ekranındakı simvol itir və tətbiq istifadəçinin telefon rəhbərinə girərək yüzlərlə, hətta minilliklərlə şəxsə bu cür sms-lər göndərir. Xatırladaq ki, bir gündə göndərilən bu cür SMS-lərin sayı 500 mini keçir. Mütəxəssislər istifadəçiləri pulsuz proqram endirməyə dəvət edən bu cür sms-lərə qarşı tədbirli olması mövzusunda xəbərdar edir.
Sizin Reklam Yeriniz