Sosial şəbəkələrin ən çox izlənənləri zəngin ailələrinin övladlarıdır. Milyonçuların isə paylaşımları daha fərqli olur. Bu şəxslər müntəzəm olaraq yaşadıqları ölkə, şəhərdəki əyləncələrindən, lüks həyatlarından görüntülər paylaşırlar. Zənginlərin həyatları bu şəbəkədə "Rich Kids of İnstagram" ("İstagram"ın zəngin uşaqları) həştəqi ilə yayılır. Bu həştəq ilə paylaşılan fotolar onların lüks həyat tərzini gözlər önünə sərir.
Gənclərin pullara münasibəti isə daha çox maraq doğurur. Onlar dollarla dolu çantalar gəzdirir, pul vannası qəbul edir, əskinaslarla örtülən yataqlarda uzanırlar.
Qeyd edək ki, müxtəlif ölkələrdən olan zənginlərin fotoları öz ölkələrinin adı ilə bir arada çəkilir. Məsələn, azərbaycanlı gənclərin fotoları "Rich Kids of Azerbaijan" (Azərbaycanın varlı uşaqları) həştəqi ilə paylaşılır.
mənbə: istipress