Əlaqə Arxiv
news Image
2017.12.23
11:35
| A A A
Bakı Media Mərkəzində "Musiqinin rəngləri" adlı unikal layihənin təqdimatı olub (FOTO)

Dekabrın 22-də Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın dəstəyi ilə pianoçu Səidə Tağızadə və Əməkdar Rəssam Rəşad Mehdiyevin birgə ideyası olan “Musiqinin rəngləri” adlı unikal layihənin təqdimatı keçirilib.

Layihə çərçivəsində rəssam Rəşad Mehdiyevin tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bəstələdiyi bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş olunub.

Təqdimat mərasimində çıxış edən Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu layihəni rəngkarlıq və musiqinin vəhdəti adlandırıb.

 

Sizin Reklam Yeriniz