Bakıda rumıniyalı heykəltəraşın fotosərgisi açılıb
Bakıda rumıniyalı heykəltəraşın əl işlərindən ibarət fotosərgi açılıb.
Movqe.az xəbər verir ki, Konstantin Brankuzinin "Zaman üzərində qövs" (“Constantin Brâncuși – Arch Over Time”) adlı ekspozisiya Rumıniya Mədəniyyət Gününə həsr olunub.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə təşkil edilib.
Ekspozisiya ilə akademiyanın muzeyində tanış olmaq mümkündür.