Nazarbayev latın qrafikalı əlifbaya keçidlə bağlı fərman imzalayıb
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax dilinin kiril əlifbasından latın əlifbasına keçirilməsi haqqında fərman imzalayıb.
Movqe.az xəbər verir ki, fərmana əsasən Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsi nəzərdə tutulur.
Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.