Yanardağın partlaması nəticəsində tam olaraq neçə adamın öldüyü bilinmir. Vezuvi yanardağının ətrafında olan "Pompeii" və "Herculaneum" şəhərlərinə fərqli təsirləri olan partlayışdan 1700 il sonra arxeoloqlar bu şəhərlərdəki qazıntılarda təxminən 1500 cəsəd aşkar ediblər. Movqe.Az-ın məlumatına görə, xüsusilə Pompeii şəhərində küllər altında qalaraq ölən kəslərin cəsədlərinin fiziki olaraq heç pozulmadığı görülüb. Londondakı "British Museum"da açılan "Pompeii və Herculaneum-da Həyat və Ölüm" sərgisində arxeoloji qazıntılarda çıxarılan cəsədləri görmək mümkündür. Sərginin bir hissəsində Pompeii-də həlak olan dörd nəfərlik bir ailə, digər bir hissəsində isə yenə lava və küllərin təsiriylə ölən bir it var. Sərgidə romalıların gündəlik həyatına dair detallarla əlaqədar məlumatlar da ehtiva edir. Sərgidə romalıların o dövrdə istehlak etdikləri çörək və bundan əlavə beşik, kürsü, masa kimi ev əşyaları ilə Pompeii şəhərindəki bəzi freskalar və heykəllər var. Bir çox obyektin ilk dəfə İtaliya xaricinə çıxarıldığı "Pompeii və Herculaneum-da Həyat və Ölüm" sərgisi 29 sentyabra qədər açıq olacaq.