Minskdə beynəlxalq kitab sərgisində ölkəmiz də təmsil olunur
Fevralın 28-də Minskdə beynəlxalq kitab sərgi-yarmarkası açılıb.
Mədəniyyət və Turizm Nazirliyindən Movqe.az-a verilən məlumata görə, qurumun təşkilatçılığı, ölkəmizin Belarusdakı səfirliyinin və “Azərnəşr”in iştirakı ilə ölkəmiz də sərgidə təmsil olunur.
Martın 4-dək davam edəcək kitab yarmarkasında ölkəmizin mədəniyyətinə, tarixinə, dövlətçiliyinə, Qarabağ həqiqətlərinə dair nəşrlər, turizm potensialı haqqında təbliğat materialları ziyarətçilərin diqqətinə təqdim olunacaq.