Əlaqə Arxiv
news Image
2018.10.31
09:40
| A A A
Bakı Forumu dünyanı narahat edən problemlərin həlli yollarının tapılmasında önəmli platformadır
Məmməd Əlizadə: “Yaranmış vəziyyətdə qarşıdakı dövrdə daha çox xarici dövlətin sözügedən foruma marağı artacaq” İsmayıl Ağayev: “Bu kimi layihələr Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir”

Bakı Beynəlxalq Humanitar Forumu dünyanı narahat edən problemlərin həlli yollarının tapılması baxımından önəmli platformaya çevrilib. Bu halda həmin Foruma qarşıdakı dövr ərzində dünya miqyasında daha çox diqqət və marağın göstərilməsini gözləmək olarmı? 

Politoloq Məmməd Əlizadə əminliklə qeyd etdi ki, ölkəmizdə baş tutan Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkili fonunda qarşıdakı dövrdə ona dünya miqyasında diqqət və maraq daha da artacaq: “Sözsüz ki, qarşıdakı dövr ərzində Azərbaycanda keçirilən sözügedən foruma diqqət və maraq daha da artacaq. Bu yaxınlarda kitabımın təqdimatı ilə bağlı Almaniyada səfərdə oldum. Gördüyüm mənzərə ondan ibarətdir ki, Almaniyada da Azərbaycanda keçirilən humanitar foruma ciddi diqqət və maraq vardı. 
Ümumiyyətlə, il ərzində ölkəmizdə baş tutan bu tipli silsilə tədbirlərə xarici ölkələrdə də geniş yer ayırır və ölkəmizin gördüyü işləri müsbət mənada hallandırırlar.  Onun nəticəsidir ki, ildən-ilə forumda iştirak edənlərin sayı da artır. Bu mənada da ölkəmizin Cənubi Qafqazda həyata keçirdiyi ictimai-siyasi fəaliyyətini yüksək dəyərləndirirlər. Hesab edirəm ki, VI Beynəlxalq Humanitar Forumu nəinki regionumuzda və MDB məkanında, ümumiyyətlə, dünyanın əksər bölgələrinin diqqət və marağı çərçivəsindədir. 
Cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir ki, dünya miqyasında da ölkəmizdə baş tutan bu sayaq beynəlxalq tədbirlərə geniş önəm və yer verilir. Bu hal xarici ölkələrdə Azərbyacanın nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Düşünürəm ki, yaranmış vəziyyətdə qarşıdakı dövrdə daha çox xarici dövlətin sözügedən foruma marağı artacaq”.
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev  bildirdi ki, bu kimi layihələr Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Demək olar ki, son dövrlər Azərbaycanda sözün həqiqi mənasında bir-birindən fərqli və daha maraqlı beynəlxalq aləmin diqqətini daha artıq dərəcədə özünə cəlb edən uluslarası forumların keçirilməsi göz önündədir. Xüsusi olaraq da VI Beynəlxalq Humanitar Forumunun keçirilməsini dünya ictimaiyyəti, aparıcı media qurumları böyük diqqətlə izləyib. Burada qaldırılan, araşdırılan məsələlər bir daha göstərir ki, belə forumların məhz Azərbaycanda keçirilməsi gələcəkdə bu kimi yeni-yeni böyük layihələrin həyata keçməsinə rəvac verəcək. 
Bu forumu mütərəqqi düşüncənin təzahüri kimi dəyərləndirirəm. Hesab edirəm ki, burada cənab Prezident İlham Əliyevin çıxışı da geniş əhatəli oldu. Bir növ düşündürücü və hamını özünə cəlb edən maraqlı faktlarla yadda qaldı”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz