Əlaqə Arxiv
news Image
2019.03.13
10:44
| A A A
“Ənənədən gələcəyə” adlı dəfilə keçiriləcək

Martın 15-i saat 19:00-da Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyilə Bakı Milli Geyim evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçiriləcək. Bu haqda Movqe.az-a geyim evinin təsisçisi və direktoru, modelyer Könül Vəlibəyli məlumat verib. Onun sözlərinə görə, Bakı Milli Geyim evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim olunacaq. Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, sənətsevərlər və media orqanlarının əməkdaşları iştirak edəcəklər. Maraqlananlar dəfiləyə dəvət olunur!                                                        

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz