Əlaqə Arxiv
news Image
2013.05.06
14:45
| A A A
Əcnəbi film və serialların gənclər üçün yaratdığı böyük problem
Həmidə Ömərova: «Gənc nəsilin nümayəndələri evdəki tərbiyədən, valideynlərin zövqüdən bəhrələnib öz mədəni ehtiyaclarını düzgün şəkildə qidalandıra bilərlər» Tariyel Qasımov: «O filmlərin Azərbaycanda dublyaj edilməsi biabırçılıqdır»

Bu gün böyüməkdə olan gənc nəslin tərbiəyəsinin formalaşmasına televiziya, internet getdikcə daha çox təsir göstərir. Xüsusən nümayiş etdirilən əcnəbi filmlər, baxılan seriallar burada mühüm rol oynayır. lakin belə əcnəbi film seriallar heç həmişə gənc nəslin tərbiyəsinə müsəbət təsir göstərmir.

Respublikanın xalq artisti, hər zaman öz əvəzsiz rolları ilə tamaşaçıların sevgi və rəğbətini qazanan aktrisa Həmidə Ömərova Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir: "Əcnəbi seriallardan mən özüm təkcə "Möhtəşəm yüz yıl" tarixi serialını izləyirəm. Çox xoşuma gəlir. Ümumiyyətlə, Azərbaycanda belə filmlərin çəkilməsi gənclər üçün vacibdir. Gənclər bilavasitə bədii əsər vasitəsilə bizim tariximizi, keçmişimizi daha yaxşı öyrənə bilərlər. Tarixi bilmək hər bir gəncin müqəddəs borcudur. Nəzərə alsaq ki, bu gün klassiklərimizin çox gözəl əsərləri var. M.S.Ordubadinin, N.Gəncəvinin, M.Füzulinin və başqalarının gözəl sənət əsərlərini ekranlaşdırsaq, çox tutarlı, məzmunlu, ibrətamiz seriallar meydana gələ bilər. Ancaq o seriallardakı rolları təbii ki, püxtələşmiş peşəkarlar ifa etsələr, həqiqətən də çox maraqla izlənən öz seriallarımız olar".

45-dən artıq Azərbaycan filmlərində oynayan sevimli aktrisa açıq-saçıq görüntülü əcnəbi serialların və ya filmlərin gənc nəsilə olan təsirindən də danışdı: " Mənim oğlum universitet tələbəsidir. O da baxmır elə filmlərə, seriallara, elə mən də... Rus kanallarında və ya xarici kanallarda filmlərlə bağlı olan verlişlərə baxıram. Şəxsən bizim evdə neqativ təsir verən filmlərə baxılmır. Hər bir şey ailədən və insanların zövqündən aslıdır. Mən inanmıram ki, gözəl tərbiyə görmüş ailədən olan hansısa gənc o cür filmlər görən zaman televizorun kanalını dəyişməyəcək. Normal düşüncəli gənc heç vaxt o cür filmlərdən həzz ala bilməz. Biz bu yaxınlarda oğlumla Cüzeppe Tornatorenin "Pianoçu haqqında əfsanə " filminə baxdıq. Çox mənəvi-estetik zövq aldıq.  Film Alessandro Barikkonun "Yeni əsr" əsəri əsasında çəkilmişdi. Düşünürəm ki, gənc nəsilin nümayəndələri evdəki tərbiyədən, valideynlərin zövqüdən bəhrələnib, öz mədəni ehtiyaclarını düzgün şəkildə qidalandıra bilərlər".

İfa etdiyi rollarla tanınan, sevilən  respublikanın xalq artisti Tariyel Qasımov isə bəzi  əcnəbi filmlərin gənc nəslə çox böyük mənfi təsirinin olduğunu bildirir: "Amerika filmləri daha çox "vurdu-yıxdı" ilə yaddaşlarda qalır. İndiki gənclər çox aqressivdir. Çünki o filmlərdə vurmaq, yıxmaq, dağıtmaq görürlər. Latın Amerikası serialları da açıq-saçıq görüntüləri ilə bir növ gənclərə tərbiyəsizlik aşılayır. Gənc nəsil ölkələrdə adi sayılan cəhətləri görürlər və bizim ölkədə sınaqdan keçirməyə başlayırlar. Bu da təbii ki, bizim mentalitetə ziddir. Bir şeyi də qeyd edim ki, o filmlərin Azərbaycanda dublyaj edilməsi biabırçılıqdır. O cür dublyaj çox vaxt uyğunsuzluq təşkil edir.  Konkret olaraq deyim ki, əcnəbi filmlər gənclərin tərbiyəsini pozur və onlar da  terrorizmə, dava-dalaşa böyük meyl yaradır".

Sizin Reklam Yeriniz