Əlaqə Arxiv
news Image
2019.05.01
16:17
| A A A
"İstedadlı Gənclərin Estrada - Vokal Müsabiqəsi"nin final - qala konserti keçirilib

Azərbaycan Milli Konservatoriyasının konsert salonunda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə "İstedadlı Gənclərin Estrada - Vokal Müsabiqəsi"nin final - qala konserti keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə start götürən müsabiqənin qala konsertində Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi, sabiq TGT sədri, "İnsan və Mühit" İB-nin sədr müavini Riad Cəbrayılov, TGT sədri Kənan Sadıqov, juri heyətinin nümayəndələri - Azərbaycan Respublikasının Əməkdar artisti, AMK-nın "Milli vokal" kafedrasının müəllimi Zenfira İsmayılova, Azərbaycan Respublikasının Əməkdar artisti, AMK-nın "Milli vokal" kafedrasının müəllimi İlqar Muradov, AMK-nın "Milli vokal" kafedrasının müəllimi Rövşən Rzayev, Azərbaycan Respublikasının Əməkdar artisti, AMK-nın "Milli vokal" kafedrasının müəllimi Anar Şuşalı, tələbə - juri heyəti, müəllim və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Riad Cəbrayılov bildirib ki, layihə cari ilin dekabr ayından etibarən start götürmüşdür, müvafiq olaraq üç mərhələdən ibarət olan müsabiqənin ilkin qeydiyyat forumundan 107 nəfər iştirakçı müsabiqədə iştirak etmək üçün rəsmi qeydiyyata alınmışdır, daha sonra 59 nəfər iştirakçı "online - kastinq"ə keçid almış və ən yaxşı 30 nəfər iştirakçı müsabiqənin II turunda çıxış etmişdir. Nəhayət, 14 fərqli ali təhsil müəssisəsində təhsil alan ən yaxşı 16 nəfər iştirakçı müsabiqənin final - qala konsertinə vəsiqə qazanmşdır. Riad Cəbrayılov layihənin təşkilində maliyyə dəstəyi göstərən Azərbaycan Respublikası Gənclər Fonduna və təşkilati dəstəkçi dövlət qurumlarına minnətdarlığını bildirmişdir. Daha sonra çıxış edən TGT sədri Kənan Sadıqov layihənin istedadlı gənclər üçün xüsusi bir platforma olduğunu və bu tip layihələrin operativlik, böyük məsuliyyət tələb etdiyini vurğulamışdır. Qala konsert 16 nəfər gənc və istedadlı finalçının canlı ifaları ilə davam etmişdir. Juri heyətinin qərarına əsasən müsabiqədə vokal janrı üzrə I yerə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Rauf Məmmədzadə, II yerə Anadolu Universitetinin tələbəsi Elçin Əliyev, III yerə Azərbaycan Dillər Universitetinin tələbəsi Şahverən Babayev, estrada janrı üzrə isə I yerə ADA Universitetinin tələbəsi Kənan Əzimov, II yerə Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Nadir Rüstəmli, III yerə AMK nəzdində Musiqi Kollecinin tələbəsi Mədinə Mirzəyeva layiq görülüblər. Sonda finalçı və komanda rəhbərləri, qaliblər sertifikat və diplomlarla təltif olunublar. Xatirə şəkli çəkdirilib.

Sizin Reklam Yeriniz