Əlaqə Arxiv
news Image
2013.05.15
13:35
| A A A
Niderlandda keçirilən festivalda azərbaycanlı gənclər hamını valeh edib

Mayın 9-dan 12-dək  Niderlandın Brabant əyalətində keçirilən "Cultifestijn 2013" Mədəniyyət Festivalına Niderlandda yaşayan azərbaycanlılar da qatılıb. Mövqe.az-ın məlumatına görə, festivalda Azərbaycanı  "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və Niderland Azərbaycanlı Gənclər Birliyi təmsil edib. Festivalda yaraıldan Azərbaycan guşəsi iştirakçılarda böyük maraq oyadıb. Onlar Azərbaycanın milli yeməklərindən- plov, səkərbura, paxlavadan dadaraq, milli musiqmizi dinləyiblər. Qonaqların diqqətini ən çox cəlb edən isə musiqi alətlərimiz və xalçalarımız olub. Festival iştirakçıları Azərbaycan milli geyimində şəkil çəkdirməyə də böyük həvəs göstəriblər. Ziyarətçilərə Qarabağ haqqında, tariximiz, mədəniyyətimiz haqqında qısa məlumat verərək onlara kitablar, açıqcalar hədiyyə ediblər. 


Hollandiyada yaşayan azərbaycanlı rəssamlar Rasim Hüseynov və Vəfa Rüstəmovanın əsərləri də iştirakçılarda maraq yaradıb.


Festival boyu milli rəqslərlə çıxış edən  "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin gənc üzvü Yeganə Yüsifova iştirakçılarını sözün əsl mənasında valeh edib. Qonaqlar milli rəqslərimizi  alqışlayaraq çox bəyəndiklərini dilə gətiriblər. Bundan əlavə müxtəlif ölkələrin milli paltarları ilə keçirilən "Mode Show"da Azərbaycan milli geyimləri birinci olub. Yerli medianın festival haqqında xəbərlərində Azərbaycan Güşəsi xüsusi vurğulanıb.

 

Sizin Reklam Yeriniz