Əlaqə Arxiv
news Image
2013.05.16
11:33
| A A A
İçərişəhərdə "Canlı tarix" adlanan beynəlxalq festival keçiriləcək

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 18 May Beynəlxalq Muzeylər Günü münasibəti ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Canlı tarix" adlanan I Beynəlxalq festival keçiriləcək.


Mövqe.az-ın məlumatına görə, bu barədə cümə axşamı idarədən bildirilib.

20-dən artıq ölkə nümayəndəsinin iştirakının nəzərdə tutulduğu festival tarixi məkanların, milli-mədəni dəyərlərin geniş təbliğinə imkan yaradacaq. Festival, eyni zamanda müxtəlif ölkələrdən olan insanların bir araya gəlməsi, millətlərin yaxınlaşması və mədəniyyətlərarası dialoqun genişlənməsi baxımından da olduqca əhəmiyyətlidir.

Festival iki gün ərzində, mayın 18-i və 19-u Qoşa Qala Qapısı Meydanında təşkil olunacaq.

Festivalın rəngarəng proqramında milli oyunlar, pantomima tamaşaları, milli rəqslər nümayiş olunacaq, meydan boyu festivalda iştirak edən ölkələrə məxsus müxtəlif dövrlərin milli geyimində olan obrazlar, əfsanəvi və xalq folkloru personajları iştirak edəcək.


Festivalda muğamla yanaşı milli musiqimiz və festivalda iştirak edən ölkələrin milli musiqiləri səsləndiriləcək.

Həmçinin 18 May-Beynəlxalq Muzeylər Günü ilə əlaqədar hər il olduğu kimi ənənəvi "açıq qapı" günü də keçiriləcək. Tariximizlə yaxından tanış olmaq istəyən hər kəs üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən muzey və tarixi abidələrə giriş ödənişsiz olacaq.

Festival hər gün saat 12:00-dan 20:00-dək davam edəcək.

Sizin Reklam Yeriniz