Əlaqə Arxiv
news Image
2013.05.17
12:03
| A A A
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Məhsəti Gəncəviyə həsr olunmuş guşə açılıb

AMEA Mili Azərbaycan Tarixi Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Komitəsinin qərarına əsasən, Bakı muzeylərində "Şəxsiyyətimiz sərvətimiz" devizi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi, guşələrin yaradılması tövsiyə olunub.


Mövqe.az-ın AMEA-nın saytına istinadən verdiyi məlumata görə, muzeyin foyesində orta əsr şairəmizin xatirəsinə həsr olunmuş guşə yaradılıb, burada Gəncə xalçası fonunda Məhsəti Gəncəvinin portreti, XIII əsr Gəncə keramikası, Məhsətinin gözəl şahmatçı olması barədə məlumatları nəzərə alaraq qədim şahmat taxta və fiqurları, XIII əsr çırağı nümayiş etdirilir.

Sizin Reklam Yeriniz